Pizza Mizza'nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
Vəzifə öhdəlikləri:
İşçilərin gündəlik davamiyyətinə nəzarət etmək və iş vaxtının düzgün uçotunu aparmaq;
Tabel sənədlərini düzgün və vaxtında formalaşdırmaq;
Struktur bölmələrdən daxil olan iş qrafikləri və növbətçilik cədvəllərini qəbul etmək və müvafiq sistemə daxil etmək;
Yeni işə qəbul edilmiş əməkdaşları Clockster və loyallıq proqramlarında qeydiyyatdan keçirmək;
Yeni işçilərə Clockster proqramı üzrə ilkin təlim keçmək və məlumatlandırmaq;
İşçilərin məzuniyyət balansını yeniləmək və istifadəsinə nəzarət etmək;
Clockster və ERP sistemi üzərindən işçilərin vəzifə dəyişikliklərini və rotasiyalarını icra etmək;
İşdən çıxan əməkdaşların təhvil-təslim proseslərini təşkil etmək;
Son haqq-hesabların düzgün hesablanmasını və verilməsini təmin etmək;
Clockster proqramında işçilərin tabelində yaranan uyğunsuzluqları Finger sistemi əsasında bərpa etmək və düzəlişlər etmək
Şöbələrlə (daha çox maliyyə)sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;
Tələblər:
Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
1 C,Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
İş şəraiti:
İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
Əməkhaqqı: 800 - 1200 Azn (namizədə görə təyin olunur);
Nahar şirkət tərəfindən təmin olunur;
İş yeri : Babək plaza (Xətai metro yaxınlığı).
Maraqlananlar CV-lərini “İnsan resursları üzrə mütəxəssis (payroll) ” və ya “İnsan resursları üzrə aparıcı mütəxəssis (payroll) ” başlığı altında hr@pizzamizza.az elektron ünvanına göndərə bilərlər.